Mundialların heyrətləndirici məqamları
Bizi izləyin

İdman

Mundialların heyrətləndirici məqamları

Mundialların heyrətləndirici məqamları

Hə, dünya çempionatının başlamasına az qalıb. Lap az.

Planetin ən böyük və maraqlı yarışlarından biri olan mundiallarda bilirsiz nə qədər maraqlı məqamlar olub? Publika.az oxucuları dünya çempionatlarının maraqlı məqamları ilə tanış edir:

*DÇ-1930-un ən yaxşı hücumçusu Qilyermo Stabile Argentina millisinin heyətində hətta meydana çıxmaya bilərdi. Təbii ki, komandanın əsas hüçumçusu Roberto Çerro sıradan çıxmasaydı. Nəticə necə oldu? Qilyermo 4 oyunda 8 qol vurdu.

*Dünya çempionatının final mərhələsində yalnız 4 oyunda üz-üzə gələn komandaların kapitanları qol vurub.

*1954-cü ildə futbolçuların maykasında nömrələr peyda oldu. O vaxtdan bəri 9 nomrəli futbolkanı geyinən 4 futbolçu bombardir olub: Drajan Erkoviç (1962), Oleq Salenko (1994), Davor Şuker (1998), Ronaldo (2002).

*İtaliyada keçirilən dünya çempionatında ev sahiblərinin qapıçısı Valter Dzenqa 517 dəqiqə (5 matç) qapını rəqib komandalar üçün keçilməz edib.

*Xorvatiyalı Yosip Şimuniçə Avstraliya yığması ilə oyunda baş hakim Qrem Pol tərəfindən 3 dəfə sarı kart göstərilib.

*DÇ-1930-da Rumıniya və Peru yığmalarının qarşılaşmasını cəmisi 300 azarkeş izləyib.

*1954-cü ildə keçirilən mundialda Cənubi Koreya millisi iki qarşılaşmada 16 qol buraxıb. Bundan sonra Cənubi Koreya dünya çempionatının “ən yırtıq” komandası adlandırılıb. Macarlar koreyalılara 9 cavabsız qol vurublar. Türklər isə onların kürəyinə 7 top yükləyiblər.

*Hovard Uebb Hollandiya-İspaniya matçında 14 dəfə sarı vərəqə göstərib. 2006-cı ildə isə Hollandiya-Portuqaliya oyununda Valentin İvanov futbolçulara 20 vərəqə (16 sarı və 4 qırmızı) göstərib.

*Braziliya və İsveç millisi dünya çempionatlarında 7 dəfə görüşüblər: 1938, 1950, 1958, 1978, 1990 və iki dəfə 1994-cü ildə. Bu görüşlərdə Braziliya yığması 5 dəfə qalib gəlib, iki qarşılaşma heç-heçə başa çatıb.

*1954-cü ildə keçirilən mundialda AFR yığması qapısından 14 qol buraxıb. Lakin buna baxmayaraq, turniri qalib kimi başa vurub. Bu qollardan 10-nu almanların qapısına macarlar vurub. Qrup mərhələsi çərçivəsində keçirilən oyunda Macarıstan 8:3 hesabı ilə qalib gəlib. Finalda isə Almaniya üstün olub – 3:2.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm