"Barselona" öz rekordunu təkrarladı
Bizi izləyin

İdman

"Barselona" öz rekordunu təkrarladı

"Barselona" futbolçuları La Liqanın 24-cü tur oyununda "Eybar"ı məğlub edib və çempionatda məğlubiyyətsiz oyunlar seriyası üzrə öz rekordunu təkrarlayıb.

Publika.az xəbər verir ki, "Eybar"a qarşı keçirilən matç (2:0) "Barselona" üçün ardıcıl 31-ci məğlubiyyətsiz oyun olub.

Kataloniya klubu sonuncu dəfə 2010/11-ci illər mövsümündə Xosep Qvardiolanın rəhbərliyi altında bu qədər matçı uduzmayıb.

"Barselona" cari mövsümdə İspaniya çempionatının lideridir. Komandanın 62 xalı var. Onları 10 xal geridə olan "Atletiko" izləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm