Debütant "Qarabağ"a mane ola bilmədi
Bizi izləyin

İdman

Debütant "Qarabağ"a mane ola bilmədi

Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.

Publika.az xəbər verir ki, həftənin son oyunu lider "Qarabağ"la debütant "Səbail" arasında olub.

"Bayıl Arena"da baş tutan görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın taleyini Mahir Mədətovun 51-ci dəqiqədə vurduğu qol həll edib.

Bu qalibiyyətdən sonra "Qarabağ" xallarının sayını 41-ə çatdırıb. "Səbail" isə 14 xalla 6-cı sıradadır.

İlk oyun günündə "Qəbələ" "Zirə"ni 2:1, "Sumqayıt" isə "Neftçi"ni 2:0 hesabı ilə yenib. Bu gün baş tutan digər qarşılaşmada "Keşlə" "Kəpəz"i məğlub edib - 1:0.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm