“Barsa” onun yerinə İvanı gətirir
Bizi izləyin

İdman

“Barsa” onun yerinə İvanı gətirir

“Barsa” onun yerinə İvanı gətirir

Sesk Fabreqasın “Barselona”dan ayrılacağı ilə bağlı söz-söhbət səngimək bilmir.

Publika.az xəbər verir ki, Fabreqasın gedəcəyi təqdirdə, “Barsa” onun mövqeyinə transfer edəcəyi futbolçunu müəyyənləşdirib. Seskin yerinə 2 namizəd var. Komandanın yeni baş məşqçisi Luis Enrike Fabreqas gedəcəyi təqdirdə, sərəncamında ya “Atletiko”nun futbolçusu Kokeni, ya da “Sevilya”nın heyətində Avropa Liqasının qalibi olmuş İvan Rakitiçi görmək istəyir.

“Barselon”a 22 yaşlı Kokeni transfer etmək üçün 60 milyon avro xərcləməlidi. Rakitiçin transferi isə Kataloniya klubuna 40 milyon avroya başa gələcək. Elə Fabreqasın transfer qiyməti də 40 milyon avro civarında dəyərləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm