• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Hafka” Fransadakı klubunu Hacı İbrahim Nehrəmliyə satır?

  • İdman
  • 4 İyun 2014 15:42
  • 2 411 Baxış
“Hafka” Fransadakı klubunu Hacı İbrahim Nehrəmliyə satır?

“Bakı”nın prezidenti Hafiz Məmmədovun həm də Fransanın “Lans” klubunun səhmlərinə sahibi olduğu məlumdu.

“Hafka” ləqəbli iş adamı bu klubun tam sahibidi və komandanın Liqa-2-dən Liqa-1- ə çıxmasında böyük rol oynayıb.

Son günlərdə mətbuat Məmmədovun “Lans”a 15 milyon avro büdcə ayıracağını yazsa da, fərqli məlumatlar da yayılır. Publika.az xəbər verir ki, Hafiz Məmmədov “Lans”ı satmaq haqda düşünür. Bu barədə məlumatı rekord.az saytı yayıb. Artıq ilk alıcı da var.

Bu alıcı tanınmış iş adamı, “Khazar İslands”ın sahibi, Hacı İbrahim Nehrımli adı ilə tanınan - İbrahim İbrahimovdu. “Khazar İslands” futzal klubu da ona məxsusdur. Mənbənin məlumatına görə, Məmmədovla İbrahimov arasında “Lans” barədə söhbət olub və hətta klubun satılması barədə şifahi də olsa, razılıq əldə edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR