"Qarabağ"ın oyunçusu İstanbul NƏHƏNGİNDƏ
Bizi izləyin

İdman

"Qarabağ"ın oyunçusu İstanbul NƏHƏNGİNDƏ

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Turan Vəlizadə karyerasını Türkiyədə davam etdirəcək.

Publika.az xəbər verir ki, bu barədə “Fotomaç” qəzeti məlumat yayıb.

Xəbərə görə, “Qarabağ”ın gənc yarımmüdafiəçisi Superliqa klubu “Fənərbaxça” ilə anlaşıb.

T.Vəlizadə “Fənərbaxça”nın müvafiq yaş qrupunda oynayacaq.

Qeyd edək ki, Turan Vəlizadə daha öncə də, yəni 2015-ci ildə "Fənərbaxça"da çıxış edib. Lakin o, sonradan vətənə qayıdıb və "Qarabağ"ın aşağı yaş qruplarına cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm