Almaniyalı mütəxəssis türklərin SİRRİNİ AÇDI
Bizi izləyin

İdman

Almaniyalı mütəxəssis türklərin SİRRİNİ AÇDI

Türkiyənin Çempionlar Liqasında yeganə təmsilçisi “Beşiktaş” bu gün turnirin 1/8 final mərhələsində səfərdə Almaniyanın “Bavariya” klubu ilə qarşılaşacaq.

Publika.az xəbər verir ki, oyundan öncə İstanbul klubunun baş məşqçisi Şenol Güneş və Almaniya nəhənginin çalışdırıcısı Yupp Haynkes mətbuat konfransında matçla bağlı açıqlamalar verib.

"Beşiktaş"ın təcrübəli baş məşqçisi “Bavariya”nın mövsüm evində uduzmamasına diqqət çəkib:

“Tarixi olan, "Real" və "Milan"dan sonra ən çox çempionluq yaşayan bir klub rəqibimizdir. Qrup oyunlarında öz oyunumuzu nümayiş etdirərək nəticə qazanmağa çalışdıq. Sabah da elə olacaq. İlk dəfə özümüzü favorit görmürük və bunu söyləyirik. Vurduğumuz qol və qollar bizə üstünlük yaradacaq. Bu, çətin olacaq, amma öhdəsindən gəlməyi bacaracaq heyətimiz var. Futbolda hər şey baş verə bilər. Bir sürpriz və möcüzə mümkündürsə, onu etməyə çalışacağıq. Mən ölkəmədki futbol mədəniyyətini dəyişmək istəyirəm”.

“Bavariya”nın baş məşqçisi Yupp Haynkes isə UEFA-nın saytına açıqlamasında bildirib ki, rəqiblərinin uğur sirri onun baş məşqçisindədir:

“Türklər qrup mərhələsinin hər üç səfər oyununda qalib gəlib. Onlara imkan versək, hücum futbolçu oynayacaqlar. “Beşiktaş” öz şansını axtaracaq. Buna hazır olmalıyıq. Bununla belə, inanıram ki, komandam növbəti mərhələyə yüksəlmək üçün bu oyunda ilk addımı atacaq. “Beşiktaş”ın sirri baş məşqçisindədir. Şenol Günəşin böyük təcrübəsi var. Yüksək səviyyəli mütəxəssisdir. O, komandanı necə toparlamağı yaxşı bilir”.

Qeyd edək ki, sözügedən oyun Bakı vaxtı ilə bu gün saat 23:45-də start götürəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm