Lənətlənmiş tendensiya: Onun köməkçisi olanların hamısı işsizdir
Bizi izləyin

İdman

Lənətlənmiş tendensiya: Onun köməkçisi olanların hamısı işsizdir

Lənətlənmiş tendensiya: Onun köməkçisi olanların hamısı işsizdir

AFFA milli komandanın baş məşqçisi Berti Foqtsun yanında ölkəmiz üçün məşqçi yetişdirmək istəyir.

Ancaq Elxan Məmmədovun gerçəkləşdirdiyi bir çox layihələr kimi bu ideya da özünü doğrultmur. Reallıq isə odur ki, AFFA-nın bu addımı görüntü xarakteri daşıyırdı. Artıq 6 il keçib. Foqtsun köməkçisi olanlardan isə ortada heç kim yoxdur. Hanı bu layihəninn bəhrəsi?

Ən maraqlı tendensiya odur ki, Foqtsun köməkçisi olmuş məşqçilər elə bil lənətləniblər. Heç kim onları işə götürmək istəmir.

Alman mütəxəssisin ilk köməkçisi olmuş Elxan Abdullayev son illər ümumiyyətlə görünmür. Sanki Azərbaycanda belə məşqçi yoxdur, heç olmayıb da!

Elxan Abdullayevin Foqtsun yanında olması görüntü olaraq normal idisə, təcrübəli Vaqif Sadıqovun ( müxtəlif dönəmlərdə 3 dəfə millini çalışdırmış) almana köməkçi olması heç anlaşılmırdı. Onların işbirliyi də alınmadı. Hətta elə məqam gəldi ki, Foqts Sadıqovun ehtiyat oyunçular skamyasında əyləşməsinə belə etiraz etdi. Bu gün Vaqif Sadıqov da işsizdir.

Daha sonra Vəli Qasımov köməkçi postuna gətirildi. Özü dediyi kimi Foqtsun yanında köməkçi olmaq Qasımova heç nə vermədi. Onun da səsi çoxdan gəlmir.

Nazim Süleymanov da Foqtsun yanında ciddi heç nə ilə yadda qalmadı. Digərləri kimi o da işsizdi.(sportal.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm