Qış Olimpiya Oyunlarının daha bir medalçısı bəlli oldu
Bizi izləyin

İdman

Qış Olimpiya Oyunlarının daha bir medalçısı bəlli oldu

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında daha iki növ üzrə mükafatçılar bəlli olub.

Publika.az xəbər verir ki, Fransa yığması biatlonun 2x6 + 2x7,5 km məsafəyə qarışıq estafet yarışında qızıl medal qazanıb. Yarışda Norveç millisi ikinci, İtaliya kollektivi isə üçüncü yeri tutub.

Qadınların 3000 metr məsafəyə estafet yarışında isə Cənubi Koreya millisi fəxri kürsünün birinci pilləsinə yüksəlib. İtaliya komandası gümüş, Hollandiya yığması isə bürünc medal əldə edib.

Qeyd edək ki, Qış Olimpiya Oyunlarına fevralın 25-də yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm