Azərbaycan millisinin Ermənistanla qarşılaşacağı TARİX AÇIQLANDI
Bizi izləyin

İdman

Azərbaycan millisinin Ermənistanla qarşılaşacağı TARİX AÇIQLANDI

Basketbol üzrə Azərbaycan millisinin (U-16) Avropa birinciliyindəki oyunlarının vaxtı dəqiqləşib.

Publika.az xəbər verir ki, baş məşqçiliyini Elşən Yusubovun etdiyi komanda ilk görüşünü ev sahibi San-Marinoya qarşı keçirəcək.

Bu matç iyulun 3-də olacaq. A qrupunda yer alan basketbolçularımız ertəsi gün Ermənistan millisi ilə üz-üzə gələcək. İyulun 5-də Albaniya ilə oynayacaq yığmamız iki gün sonra Avstriyanı sınağa çəkəcək. Təmsilçimiz son görüşündə Moldova ilə qüvvəsini sınayacaq. Bu oyun iyulun 8-nə təsadüf edəcək.

Qeyd edək ki, B qrupunda Cəbəllütariq, Malta, Şotlandiya, Uels və Andorra yığmaları güclərini yoxlayacaq. Qruplarda ilk 2 yeri tutacaq komandalar mərhələ adlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm