Taekvondo üzrə respublika birinciləri müəyyənləşdi
Bizi izləyin

İdman

Taekvondo üzrə respublika birinciləri müəyyənləşdi

Böyüklər arasında keçirilən Taekvondo üzrə respublika çempionatının ilk günündə fəxri kürsünün sahibləri bəlli olub.

Publika.az xəbər verir ki, müxtəlif çəki dərəcələrində döyüşən 28 idmançı fəsxri kürsünün 4 pilləsində qərarlaşıb.

Kişilər arasında -54 kq çəki dərəcəsində döyüşən İlham Əliyev ilk sıraya yüksəlib. -63 kq çəki dərəcəsində isə Roman Samodurov birinci olub. -80 kq və +87 kq kateqoriyalarında müvafiq olaraq Fariz Əliyev və Payam Qobadi Oğaz fəxri kürsünün ilk pilləsinə qədəm qoymağı bacarıb.

Qadınların yarışında -49 kq çəki dərəcəsində Fatemeh Shabannia Mansour, -57 kq çəki dərəcəsində Mahtab Kiyanichandeh, +73 kq çəki dərəcəsində isə Elvarə Cəlilova birinciliyi qazanıb.

Qeyd edək ki, 21 fevral tarixində başlayan çempionat 25 fevral tarixində başa çatacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm