"Qalatasaray"da Terim FIRTINASI - İlk qurban bəlli oldu
Bizi izləyin

İdman

"Qalatasaray"da Terim FIRTINASI - İlk qurban bəlli oldu

Bu mövsüm səs-küylü bir şəkildə “Qalatasaray”a keçid edən baş məşqçi Fatih Terimin komandadan göndərəcəyi ilk futbolçu bəlli olub.

Publika.az xəbər verir ki, Terim 9 mart tarixində İsveçərdə təşkil ediləcək UEFA Fair Play toplantısından sonra heyətdə performansını bəyənmədiyi futbolçuları klubdan göndərəcək.

“Qalatasaray”a sanskiya tətbiq edilməzsə, komandaya kifayət qədər kömək etməyən 8-9 oyunçu sərbəst buraxılacaq. İddiaya görə, UEFA “Qalatasaray”a transfer qadağası və məhdudlaşma gətirməsə belə, baş məşqçi klubda radikal dəyişikliklərə imza atmaqda qərarlıdır.

Klubun maaş siyasətini bəyənməyən Fatih Terim ilk olaraq bu sahələrdən dəyişikliyə başlayacaq. Onun hədəfi komandanın büdcəsini 66 milyondan 60 milyona salmaqdır.

Bu çərçivədə baş məşqçinin ilk qurbanı mövsümün əvvəlində müqaviləsinə 18 matçda oynadıqdan sonra sözləşmə müddətinin uzadılması nəzərdə tutulan Yasmin Latovleviçi olacaq. Bu zamana qədər 13 matça forma geyinən rumıniyalı sol qanad oyunçusuna hər hansı təzminatın ödənilməsi nəzərdə tutulmayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm