408 oğlan və 59 qız mübarizəyə başladı
Bizi izləyin

İdman

408 oğlan və 59 qız mübarizəyə başladı

Bu gün 21 yaşadək cüdoçu gənclər arasında Azərbaycan birinciliyinə start verilib.

Publika.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yarışda ümumilikdə 64 klubdan 467 (408 oğlan, 59 qız) cüdoçu mübarizə aparacaq.

"Sərhədçi" Olimpiya İdman Mərkəzində keçirilən və iki gün davam edəcək birinciliyin ilk günündə oğlanlarda 55 kq və 60 kq çəki dərəcələrində, qızlarda isə bütün çəki dərəcələrində qaliblərin adlarına aydınlıq gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm