“Beşiktaş”ın kabusu - Ənənə davam edəcəkmi?
Bizi izləyin

İdman

“Beşiktaş”ın kabusu - Ənənə davam edəcəkmi?

Türkiyə Superliqasının 23-cü həftəsində qarşılaşacaq “Beşiktaş”-“Fənərbaxça” derbisi baş hakim Cüneyt Çakıra tapşırılıb.

Publika.az xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsində “Çelsi”-“Barselona” matçını idarə edən hakim “qara qartallar” üçün sanki, bir kabusa çevrilib.

Belə ki, “Beşiktaş” C.Çakırın indiyə qədər idarə etdiyi “Fənərbaxça” matçlarının heç birində qalibiyyət əldə etməyib.

2001-2002 mövsümündən bu yana matçlara çıxan təcrübəli baş hakim karyerası ərzində 23 derbidə və 4 “Beşiktaş”-“Fənərbaxça” matçında ədaləti təmin edib. Bu 4 matçda 2 dəfə “Fənərbaxça” qələbə qazanıb, digər 2-də bərabərlik qeydə alınıb. “Sarı-lacivərdlilər” bu matçlarda 10, “qara qartallar” isə 6 qola sevinib.

Cüneyt Çakır fit çaldığı “Beşiktaş”-“Fənərbaxça” matçlarında 3 dəfə qırmızı, 26 dəfə sarı kart çıxarıb.

FİFA lisenziyalı hakim 4-ü “Fənər”, 7-i “Qalatasaray” olmaqla, 11 derbi idarə edib. “Beşiktaş” bu qarşılaşmalarda sadəcə bir dəfə - 2010-2011 mövsümündə “Qalatasaray”ı 2:1 hesabı ilə məğlub edə bilib.

Qeyd edək ki, növbəti derbi 25 fevral Bakı vaxtilə saat 21:00-da, "Vodefane Park"da start götürəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm