“Barselona”dan 500 milyonluq yeni müqavilə
Bizi izləyin

İdman

“Barselona”dan 500 milyonluq yeni müqavilə

İspaniya nəhəngi "Barselona" Serji Roberto ilə olan müqavilənin müddətini uzadıb.

Publika.az xəbər verir ki, 26 yaşlı futbolçu yeni razlaşmaya əsasında 2022-ci ilə qədər kataloniyalıların formasını geyinəcək.

Müqavilədə Robertonun yeni təzminat qiyməti də müəyyənləşdirib. Belə ki, Robertonu vaxtından əvvəl transfer etmək istəyən klub bunun üçün 500 milyon avrosundan keçməli olacaq.

Qeyd edək ki, 2010-cu ildə "Barselona"da çıxış edən Roberto 115 oyun keçirib.

“Transfermarkt” ispaniyalı futbolçuya 40 milyon avro qiymət qoyub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm