Avropa Liqasının püşkatması başa çatdı: “Milan”-“Arsenal”, “Borussiya”... - YENİLƏNDİ
Bizi izləyin

İdman

Avropa Liqasının püşkatması başa çatdı: “Milan”-“Arsenal”, “Borussiya”... - YENİLƏNDİ

Avropa Liqası 1/8 final mərhələsində yarışacaq cütlüklər bəllidir:

“Latsio” – “Dinamo Kiev”

“Leypsiq” – “Zenit”

“Atletiko Madrid” – “Lokomotiv”

“ÇSKA Moskva” – “Olimpik Lyon”

“Marsel” – “Atletik Bilbao”

“Sportinq” – “Viktoriya Piltsen”

“Borussiya Dortmund” – “Salzburq”

“Milan” – “Arsenal”

Qeyd edək ki, ilk oyunlara siyahının sol tərəfində yazılmış klublar ev sahibliyi edəcək.

***

Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Publika.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

Püşkatmada son 16 komanda səpələnmişlər, həmçinin səpələnməmişlər səbətinə ayrılacaq və ölkə bölgüsü aparılmayacaq. Həmişə olduğu kimi, bu qaydada yeganə istisna Rusiya və Ukrayna komandalarıdır. UEFA İntizam Komitəsinin qərarına görə, bu ölkələrin aralarında baş verən siyasi gərginlik səbəbilə təmsilçiləri qarşılaşmayacaq.

Qeyd edək ki, ilk oyunlar 8 mart tarixində, cavab oyunları isə 15 martda baş tutacaq.

Avropa Liqası 1/8 final mərhələsinə adlayan komandalar:

"Milan" (İtaliya)

"Arsenal" (İngiltərə)

"Borussiya" (Dortmund, Almaniya)

"Atletik" (Bilbao, İspaniya)

"Atletiko" (Madrid, İspaniya)

"Marsel" (Fransa)

MOİK (Moskva, Rusiya)

"Dinamo" (Kiyev, Ukrayna)

"Latsio" (İtaliya)

"Lokomotiv" (Moskva, Rusiya)

"Leyptsiq" (Almaniya)

"Viktoriya" (Plzen, Çexiya)

"Zalsburq" (Avstriya)

"Sportinq" (Portuqaliya)

"Lion" (Fransa)

"Zenit" (Rusiya)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm