FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirildi - - FOTO
Bizi izləyin

İdman

FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirildi - - FOTO

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqının və nazirliyin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə fevralın 22-23-də nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib.

FHN-dən Publika.az-a bildiriblər ki, Respublika Olimpiya Mərkəzində təşkil edilən yarışın açılışında Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Həmkarlar ittifaqının sədri Mehman İsmayılov tədbirdə çıxış edərək Xocalı soyqırımı ilə bağlı həqiqətlərdən söhbət açıb, 26 il əvvəl erməni vandallarının xalqımıza qarşı törətdikləri bu dəhşətli faciənin heç vaxt yaddaşlardan silinməyəcəyini bildirib.

Sonra yarışlara start verilib. Ümumilikdə çempionatda 15 komandadan 60-a yaxın idmançı iştirak edib. Yüz və min metr məsafəyə qaçış, hündürlüyə, uzununa tullanma və kürə itələmə növlərində yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar.

Tofiq Əliyevin baş hakim olduğu çempionatda komanda hesabında birinci yeri FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, ikinci yeri Gəncə Regional Mərkəzi, üçüncü yeri isə FHN-in Akademiyasının komandası tutub.

Şəxsi göstəricilərə görə Pərviz Babayev (Xüsusi Riskli Xilasetmə Xidməti) birinci, Rəvan Muradov (Bakı Regional Mərkəzi) ikinci, Mirzə Hüseynzadə (Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti) isə üçüncü olub.

FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Fizuli Musayev tədbirdə çıxış edərək bu yarışlarda ötən illərlə müqayisədə daha yüksək nəticələrin əldə olunduğunu diqqətə çatdırıb.

Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov qalib gələn idmançılara uğurlar arzulayıb.

Sonda komanda və şəxsi hesaba görə qalib gələn idmançılar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm