“Real” “Bavariya”nın silahını alacaq – 150 milyon
Bizi izləyin

İdman

“Real” “Bavariya”nın silahını alacaq – 150 milyon

“Real” “Bavariya” forması geyinən Robert Levandovskini transfer etmək üçün 150 milyonundan keçəcək.

Publika.az xəbər verir ki, futbolçu bir neçə gün əvvəl meneceri ilə yollarını ayırıb. O, yayda "Bavariya"dan ayrılmaq niyyətindədir.

"Real" bu fürsətdən istifadə edib "Bavariya"nın ən güclü hücumçularından olan Roberti heyətinə qatmaqla hücum xəttini gücləndirəcək.

Qeyd edək ki, Levandovski bu mövsümdə meydana çıxdığı 33 rəsmi matçda 29 qol vurub və 4 məhsuldar ötürmə edib. O, Çempionlar Liqasının 1/8 final mərhələsində çıxdığı son matçda “Beşiktaş”a iki baxımlı qol vurub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm