"Neftçi"nin sabiq hücumçusu məşqçi karyerasına başladı
Bizi izləyin

İdman

"Neftçi"nin sabiq hücumçusu məşqçi karyerasına başladı

“Neftçi”nin sabiq hücumçusu Vladimir Voskoboynikov professional məşqçiliyə başlayıb.

Publika.az xəbər verir ki, V.Voskoboynikov Estoniyanın 17 yaşadək futbolçulardan ibarət yığmasında köməkçi-məşqçi vəzifəsində çalışacaq. O, paralel olaraq “Levadiya”nın futbol məktəbində idman direktoru kimi işini davam etdirəcək.

O, B kateqoriyasında UEFA-nın məşqçilik lisenziyasına sahibdir.

Qeyd edək ki, karyerasını ötən ilin sonunda bitirən Voskoboynikov 2010-cu ildə “Neftçi”də, 2012-2013 mövsümündə isə Tiflisin “Dinamo”sunda oynayıb.

Estoniya milli komandasında üzv olan zaman 34 matça çıxan futbolçu 4 qola imza atıb.

Obnun rəhbərlik edəcəyi komanda Baltik ölkələri turnirində Rusiya, Danimarka və Gürcüstanla eyni qrupda mübarizə aparır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm