"Qəbələ"nin məğlubiyyətsiz seriyası qırıldı - - VİDEO
Bizi izləyin

İdman

"Qəbələ"nin məğlubiyyətsiz seriyası qırıldı - - VİDEO

Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura start verilib.

Publika.az xəbər verir ki, turun ilk oyununda "Səbail" "Qəbələ"ni qəbul edib.

Paytaxt təmsilçisi qonağı məyus yola salıb: 2-1.

Beləliklə, "Qəbələ" Premyer Liqada 7 turdan sonra məğlubiyyətlə üzləşərək, çempionluq yolunda zərbə alıb. "Qırmızı-qaralar" sonuncu dəfə X turda səfərdə "Zirə"yə elə eyni hesabla uduzmuşdular. Hazırda bu komanda 35 xalla 2-ci pillədədir. 5 turdan sonra növbəti qələbəsini qazanan "Səbail" isə xallarını 17-yə çatdırsa da, 6-cı pillədə qalıb.

Digər görüşdə isə "Neftçi” "Zirə”yə qarşı çıxış edir.

Topaz Premyer Liqası, 17-ci tur

16:00. "Səbail” – "Qəbələ” - 2:1

Qol: Vitali Vernidub, 25-avtoqol (1:0), Fəhmin Muradbəyli, 56 (2:0), Baqali Dabo, 68 (2:1)

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, İnqilab Məmmədov

"Bayıl Arena”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm