Boksçumuz "Strandja" turnirində bürünc medal qazandı
Bizi izləyin

İdman

Boksçumuz "Strandja" turnirində bürünc medal qazandı

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi "Strandja" turnirində yarımfinal mərhələsinin döyüşləri yekunlaşıb.

Publika.az Trend-ə istinadən bildirir ki, bu mərhələdə Azərbaycan millisinin üzvü Məsud Yusifzadə də rinqə çıxıb.

52 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz ukraynalı Dmitri Zamotayevlə qarşılaşıb. Döyüş Yusifzadə üçün uğurlu alınmayıb və rəqib qələbə qazanıb.

Nəticədə təmsilçimiz 69-cu dəfə keçirilən "Strandja" turnirini bürünc medalla başa vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm