Qurban Qurbanov: "Qarabağ"da güvəndiyim futbolçular qalıb"
Bizi izləyin

İdman

Qurban Qurbanov: "Qarabağ"da güvəndiyim futbolçular qalıb"

Azərbaycan Premyer Liqasının 17-ci turunda evdə "Kəpəz"i məğlub edən (1:0) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Report" xəbər verir ki, Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Komadamı təbrik edirəm. Çətin oyun olacağını bilirdik. "Kəpəz" bu gün müdafiədən oynadı. Rəqibə uğurlar arzulayıram Yunis Hüseynov yaxşı komanda formalaşdırıb. Bu oyunda xal itirə də bilərdik. Ancaq şükür ki, hər şey yaxşı nəticələndi. Oyundan öncə də uşaqlara demişdim ki, müdafiə olunan komandalarla oyun çətin olur. Komandam tapşırıqlarımı tam yerinə yetirdi.

- Komanda qış fasiləsindən sonra 3 oyuna 2 qol vurub...

- Artıq bütün komandalar müdafiə oluna bilir. İkinci hissədə demək olar, 20 oyunçu rəqibin cərimə meydançasının yanında idi. Az qol vurulması normaldır. Bütün komandalar bizə qarşı bugünkündən də ciddi hazırlaşacaq. Biz öz işimizi daha da inkişaf etdirməliyik. Futbolçuların bütün fikri oyunda olmalıdır. Xal itirməyə də hazır olmalıyıq. Belə nəticələr futbolçuları daha da diqqətli edir.

- Bir gün öncə əsas rəqibiniz "Qəbələ” məğlub oldu. Bu, komandanın bugünkü oyununa nə dərəcədə təsir etdi?

- Rəqibin nəticəsi bizim oyunumuza təsir etmir. Biz öz oyunumuza köklənməliyik.

- Komandanın az qol vurmasında Ndlovunun yoxluğunun nə dərəcədə rolu var?

- Ndlovu ilə bağlı çox sual verilir. Narahatlığın səbəbi nədir bilmirəm. Bu gün "Qarabağ"da mənim güvəndiyim futbolçular qalıb. Kim qalmaq istəyibsə, komandadadır. Ən yaxşı vaxtımızda belə ən zəif rəqibə uduzduğumuz olub.

Komandadakı oyunçulardan narazı deyiləm. Bu gün qolu Mahir Mədətov vurdu. Keçən oyunda da o fərqlənmişdi. Burdan kim gedibsə, narazı yola salmamışıq. Hamısına uğurlar arzulamışam. Sonrakı oyunlarını izləyir, uğurlarına sevinirəm. Nə qədər yaxşı oynasalar, bizim adımız hallanacaq. Narahat deyiləm. Bizim oyun üslubumuz belədir. Gəlin, bu komandada qalan futbolçuların əziyyətini yerə vurmayaq. Sabah ən gözləmədiyiniz futbolçu belə komandanı tərk edə bilər. Ancaq bu, heç nəyi dəyişməyəcək.

- Qolu Mahirin vurduğunu dediniz. Ancaq PFL-də Almeydanın adı qeyd edilib. Mahir bombardirlik uğrunda mübarizəni davam etdirir. Bu qolu kimin vurmasının sizin üçün əhəmiyyəti var?

- Mənim üçün heç bir fərqi yoxdur. Məncə, ikisi eyni anda qapıya daxil odlu.

- Mahir Mədətov əvəzlənəndə onu alqışladınız. Azarkeşlər də onun adını çağırırdılar. Özü isə bir qədər kefsiz görünürdü.

- Mən onda belə bir şey hiss etməmişəm. Bəlkə, daha yaxşı çıxış etmək istəyir. Son vaxtlar məşqlərdə daha çox çalışır. Hələ tam ideal formada deyil. Bu yaşda futbolçunun fikri tez-tez dəyişə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm