Güləşçilərimiz Kiyevdə 9 qızıl medal qazandılar
Bizi izləyin

İdman

Güləşçilərimiz Kiyevdə 9 qızıl medal qazandılar

Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnir başa çatıb.

Publika.az xəbər verir ki, 37 ölkədən 500-dək idmançının iştirak etdiyi turnirdə yığma komandamızın üzvləri 9 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıblar.

Yunan-Roma güləşi üzrə yığmamız turniri 4 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub. Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medalını qazanıblar. İslam Abbasov (87 kq) və Sabah Şəriəti (130 kq) isə yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətləniblər. Elvin Mürsəliyev (82 kq) və Orxan Nuriyev (97 kq) turnirin bürünc medalına sahib olublar.

Sərbəst güləşçilərimiz 4 qızıl, 3 gümüş və 1 bürünc medal əldə ediblər. Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Şərif Şərifov (92 kq) və Nurməhəmməd Hacıyev (97 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Hacı Əliyev (65 kq), Murtuz Müslümov (70 kq) və Cəbrayıl Həsənov (79 kq) turnirin gümüş medalına sahib olublar. Bürünc medalı isə yığmamıza Əfqan Xaşalov (57 kq) qazandırıb.

Qadın güləşçilərimiz turnirdə 1 qızıl, 1 gümüş və 1 bürünc medala layiq görülüblər. Tatyana Omelçenko (62 kq) bütün rəqiblərini üstələyərək turnirin qızıl medalını qazanıb. Yalnız final görüşündə uduzan İrina Netreba (65 kq) gümüş medalla kifayətlənib. Alyona Kolesnik (57 kq) isə yarışı üçüncü pillədə başa vurub.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm