• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Bütün dünya Ronaldonu zədələyən bu cadugərdən danışır

  • İdman
  • 5 İyun 2014 10:13
  • 4 767 Baxış
Bütün dünya Ronaldonu zədələyən bu cadugərdən danışır

“Real”ın və Portuqaliya millisinin ulduzu Ronaldo ilə bağlı şok xəbər dünya mətbuatının gündəmini zəbt edib.

Publika.az xəbər verir ki, hazırda Portuqaliya millisinin düşərgəsində olan Ronaldo ümumi qrupla məşq etmir. Yunanıstanla oyunda meydana cıxmayan futbolçunun sol ayağında ağrılar var.

Həkimlər ona diz bağlarının iltihabı diaqnozunu qoyublar. Ola bilsin ki, Ronaldo iyunun 6-da və 10-da keçiriləcək Meksika və İrlandiya ilə yoxlama oyunlarında da meydana çıxmasın. Futbolçunun bu durumundan “Real” rəhbərliyi də narahatlığını ifadə edib. Klub rəhbərliyi Ronaldonun zədəsinin ciddiləşə biləcəyindən qorxur.

Bu arada Qanadan olan cadugərin açıqlamsı diqqətləri cəlb edib. Cadugər Kriştianonun son vaxtlar səhhətində yaranan problemlərin əsas səbəbkarı olduğunu deyib. Nana Kvaku Bonsa ölkəsində çox tanınan bir cadugərdir. O, hələ fevral ayında demişdi ki, Ronaldonun mundiala getməməsi, ən azı Qanaya qarşı oynamaması üçün əlindən gələni edəcək. Dünən Nana daha bir açıqlama verib: "Ronaldonun zədəsinin nədən yarandığını bilirəm, bunun üzərində çalışıram. Ötən həftə 4 it gətizdirmişəm ki, ona cadu edim.

4 ay bundan əvvəl demişdim ki, Kriştianonun mundiala getməsinə imkan verməyəcəm. Onun zədəsini heç bir həkim sağalda bilməyəcək. Onlar bunun səbəbini belə tapmayacaqlar. Bu gün Ronaldonun dizi ağrıyır, sabah başqa yerində problem yaranacaq, daha sonra başqa yerində. Nəzərə alın ki, tam ciddiyəm".

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>