Arda Bekhemdən nümunə götürür
Bizi izləyin

İdman

Arda Bekhemdən nümunə götürür

Arda Bekhemdən nümunə götürür

Tanınmış futbolçu Arda Turan “Kanaltürk”ün qonağı olub.

Publika.az xəbər verir ki, o, maraqlı açıqlamaları ilə diqqət çəkib:

“Ayrılmaq öz istəyim idi. “Qalatasaray”da kapitanlığa uşağa baxmaq kimi qəbul edirdilər. Türkiyədə ilk problem təhsil, ikincisi də mətbuatdır. Məşqlər arasında çox fərq yoxdur. “Qalatasaray”da da yaxşı məşqçilərlə çalışdım. O zaman getməkdə doğru etdiyimi düşünürəm”.

Bu yaxınlarda verdiyi bir müsahibə haqqında danışan Arda ispan mətbuatı ilə münasibətlərinin yaxşı olduğunu bildirib:

“İspaniyada maqazin mətbuatı ilə aram çox yaxşıdır. Qadınlar məni bəyənmirlər, mən də yaraşıqlı bir adam deyiləm. Amma qadınlar bəzi xüsusi məqamlar axtararlar və o xüsusi məqamlar məndə mövcuddur”.

Daha sonra geyimi ilə diqqət çəkən futbolçu paltar seçimini Bekhem və onun kimi məşhurlara baxaraq etdiyini bildirib:

“Geyimlərimi isə Bekhem və digər futbolçulardan nümunə götürərərk seçirəm”.

Arda keçmiş komandası “Qalatasaray"ın dincəlmək, kef etmək üçün seçiləcək yer olmadığını bildirib:

""Qalatasaray" hədəflərini başa vurduqdan sonra kef etmək üçün gediləcək yer deyil. “Qalatasaray”a gəldiyim vaxt hər şeyimi verərəm. “Qalatasaray” bizim yuvamızdır”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm