Qorxudan zədə – FOTOLAR
Bizi izləyin

İdman

Qorxudan zədə – FOTOLAR

Qorxudan zədə – FOTOLAR

İngiltərə yığmasının oyunçusu Aleks Oksleyd Çemberleyn Ekvadorla yoldaşlıq matçında zədələnib.

Publika.az xəbər verir ki, baş məşqçi Roy Hocson futbolçusunun zədəsi ilə bağlı mətbuata danışıb. O, Aleksin zədəsinin ciddi olacağından qorxduğunu dilə gətirib:

"Aleks dizindən ciddi zədə alıb. Qorxuruq ki, zədə ciddi ola bilər. Amma hər şey futbolçumuz tibbi müayinədən keçdikdən sonra dəqiqləşəcək. O, çox yaxşı oyun nümayiş etdirdi. Zədəsinə görə dünya çempionatını buraxarsa, bu, onun üçün şanssızlıq olacaq”.

Qeyd edək ki, matçın 63-cü dəqiqəsində 20 yaşlı futbolçunun çarpaz bağları zədələnib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm