Prezident Bin Hammamla görüşdüyünü etiraf etdi
Bizi izləyin

İdman

Prezident Bin Hammamla görüşdüyünü etiraf etdi

Prezident Bin Hammamla görüşdüyünü etiraf etdi

UEFA prezidenti Mişel Platini DÇ-2022-nin Qətərə verilməsiylə bağlı rüşvət iddialarını yalanlayıb.

Publika.az xəbər verir ki, Platini Fransanın "Le Monde" qəzetinə verdiyi müsahibədə bildirib: "Mənbəsi bilinməyən və cəmiyyətdəki mövqeyimizi sarsıtmaq üçün yayılmış xəbərlərdi. Rüşvət iddiaları həqiqəti əks etdirmir".

Məhəmməd Bin Hammam ilə görüşdüyünü təsdiqləyən Platini əvvəllər FİFA İcraiyyə Komitəsində çalışan biriylə görüşməsinin mətbuatda dövlət əhəmiyyətli problem kimi yazıldığını qeyd edib.

Bir neçə gün öncə İngiltərənin "Daily Telegraph" və "Sunday Times" qəzetləri Qətərin 2022-ci il Dünya çempionatının ev sahibliyini rüşvətlə aldığını yazmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm