Mundialın “Günəş şəhəri” – Natal – FOTOLAR
Bizi izləyin

İdman

Mundialın “Günəş şəhəri” – Natal – FOTOLAR

Mundialın “Günəş şəhəri” – Natal – FOTOLAR

Braziliyada keçiriləcək dünya çempionatının startına az qaldığından Publika.az da mundialla bağlı xəbərlərin yükünü çoxaldıb.

Oxuculara dünya çempionatı ilə bağlı ən xırda məlumatları belə çatdırmağa cəhd edirik. İndi isə çempionatın keçiriləcəyi şəhərlər haqqında qısa məlumat vermək istəyirik. Növbəti səyahətimiz Braziliyanın Natal şəhərinə olacaq.

Natal Braziliyanın dünya çempionatına hazırlıq mərhələsində ən problemli şəhəri olub. Burada tikintilər günü bu gün də aparılır. İnşaat qrafikindən geri qalan şəhərin Nigeriya və Meksika arasında keçiriləcək oyuna tam hazır olacağı ümid edilir.

Şəhər özü isə ilin 300 günü günəşli və istidir. Braziliyanın “Günəş şəhəri” sörfinqlə məşğul olanlar üçün də əlverişli məkandır. Bundan əlavə, Braziliya şəhərlərindən Avropa və Afrikaya ən yaxını Natal şəhəri hesab olunduğu üçün, şəhərə turist axını çoxdur.

Natal şəhərində dünyanın ən iri akvariumu yerləşir. Bununla yanaşı, dünyada ən iri ağac da məhz Natalda yerləşir.

Dünya çempionatının matçları “Dunas Arena” stadionunda keçiriləcək. Stadiona 42 min izləyəci toplaşa bilər. Lakin mundialdan sonra 10 min yer ixtisar ediləcək. Arena 20 ləçəkdən ibarət olan iri bir çiçəyi xatırladır.

Natalda yalnız 4 matç keçiriləcək. Meksika-Nigeriya qarşılaşması ilə yanaşı, Qana-ABŞ, Yaponiya-Yunanıstan və İtaliya-Uruqvay oyunları da burada keçiriləcək.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm