“Qəbələ” seçim edəcək
Bizi izləyin

İdman

“Qəbələ” seçim edəcək

“Qəbələ” seçim edəcək

“Qəbələ” Futbol Akademiyası aşağı yaş qruplarına seçimlər elan edir.

Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, seçimlər Qəbələ şəhər stadionunda 07-09 iyun tarixlərində 1996–2005-ci il təvəllüdlü futbolçular arasında keçiriləcək. Seçimlərdə iştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.

Tel: 050 290 00 63, 070 693 10 70

Seçim tarixləri:

Qəbələ Şəhər Stadionu

07 iyun – 1996, 1997, 1998, 1999-cu il təvəllüdlü futbolçular

08 iyun – 2000, 2001, 2002-ci il təvəllüdlü futbolçular

09 iyun – 2003, 2004, 2005-ci il təvəllüdlü futbolçular

Seçimlər hər gün saat 10:00-da başlayacaq.

Xatırladaq ki, ilkin seçim mərhələsində göstərilən təvəllüdlərə uyğun istənilən şəxs iştirak edə bilər. İlk etapı uğurla adlayan yeniyetmələr final mərhələsində bir daha bacarıqlarını nümayiş etdirəcəklər. Final seçimləri barədə ilk mərhələni adlayan futbolçulara yerində məlumat veriləcək. Əgər sən də özündə futbolçu istedadı hiss edirsənsə, seçimlərə qatıl. Qələbəyə “Qəbələ” ilə addımla!!!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm