İdman
Dağ velosipedçiləri yarışacaq
İyunun 14-də Veloparkda velosiped idmanının MTB (dağ velosipedi) növü üzrə açıq Azərbaycan çempionatı keçiriləcək.
Publika.az xəbər verir ki, 15 iyun – Milli Qurtuluş gününə həsr olunmuş yarışda peşəkar velosipedçilərlə yanaşı, həvəskar dağ velosipedçiləri də iştirak edə bilərlər.
Müvafiq idman ləvazimatı (velosiped və baş geyimi) olan hər bir həvəskar velosipedçi yarışda iştirak etmək üçün federasiya ilə əlaqə saxlamaqla (012 566 74 88; 077 450 25 13; e-poçt: [email protected]) qeydiyyata düşə bilər.
Yarış günü iştirakçılar saat 10.00-dan etibarən Veloparkdakı mərkəzi meydanda qeydiyyata alınacaqlar. Yarışa saat 11.00-da start veriləcək. “Tour d’Azerbaidjan-2014” veloyürüşünün virtual oyun versiyasının qalibi də çempionat başa çatdıqdan dərhal sonra mükafatlandırılacaq.
Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq siyahısında nəzərə alınacaq. Həm peşəkarlar, həm də həvəskarlar arasında fərqlənən idmançılar federasiya tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO