"Neftçi" - "Qarabağ" oyunu qolsuz başa çatdı
Bizi izləyin

İdman

"Neftçi" - "Qarabağ" oyunu qolsuz başa çatdı

Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində daha bir matç baş tutub.

Publika.az xəbər verir ki, "Bakcell Arena"da milli çempionatlarımızın daimi iştirakçıları - "Neftçi" və "Qarabağ" komandaları üz-üzə gəliblər.

Oyunda hesab açılmayıb. Bu heç-heçədən sonra lider "Qarabağ" xalını 49-a çatdırıb. "Neftçi" isə 27 xalla 5-ci pillədədir.

Qeyd edək ki, turun ilk iki oyununda da bərabərlik qeydə alınıb. "Keşlə" - "Qəbələ" və "Zirə" - "Səbail" matçları 1:1 hesabı ilə yekunlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm