• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Neftçi”də bu dəfə Mahir Şükürov şousu

  • İdman
  • 6 İyun 2014 10:01
  • 1 457 Baxış
“Neftçi”də  bu dəfə Mahir Şükürov şousu

Mahir Şükürovun "Neftçi"dən ayrıldığı barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, komanda ilə müqaviləsi başa çatan futbolçuya klub rəhbərliyi yeni sözləşmə təklif etməmişdi. Bunu klubun vitse-prezidenti Tahir Süleymanov da təsdiqləmişdi. Vitse-prezident komandada gəncləşdirmə siyasətinin aparılacağını bildirmişdi. Ancaq deyəsən, Mahir Şükürov məsələsi “Neftçi”nin növbəti şousudu. Fanat.az saytının yaydığı məlumata görə, Şükürov "Neftçi"dən getməyəcək.

Futbolçu ilə bir illik yeni müqavilə razılaşdırılıb və yaxın günlərdə rəsmi açıqlama veriləcək. "Neftçi" tezliklə açıqlama yayaraq guya Mahirlə yenidən anlaşdığını elan edəcək. Komandadakı gəncləşdirmə siyasəti isə karyerasını bitirən İqor Mitreski və Pavel Doroşevlə yekunlaşacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR