Çempionlar Liqasının püşkü atıldı: “Yuventus”-“Real” və... - YENİLƏNDİ
Bizi izləyin

İdman

Çempionlar Liqasının püşkü atıldı: “Yuventus”-“Real” və... - YENİLƏNDİ

Çempionlar Liqasının ¼ finalında mübarizə aparacaq cütlüklər bəlli olub.

Publika.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə püşkatmanı Çempionlar Liqasının final matçının səfiri Andrey Şevçenko həyata keçirib.

“Barselona” (İspaniya) - “Roma” (İtaliya)

“Sevilya” (İspaniya) - “Bavariya” (Almaniya)

“Yuventus” (İtaliya) - “Real” (İspaniya)

“Liverpul” (İngiltərə) - “Mançester Siti” (İngiltərə)

***

Bir neçə dəqiqədən sonra Avropa qitəsinin ən nüfuzlu futbol turniri olan Çempionlar Liqasının 1/4- finalına vəsiqə qazanan komandaların püşkatması keçiriləcək.

Püşkatmada 8 komandanın rəqibləri bəlli olacaq.

***

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılacaq.

Publika.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Çempionlar Liqasının final matçının səfiri Andrey Şevçenkonun da iştirak edəcəyi püşkatma mərasimində 8 komanda rəqiblərini tanıyacaq.

Budəfəki püşkatmada səbətlər olmayacaq. Komandaları “kor püşk” bir-birilərinə rəqib edəcək.

Yarımfinal uğrunda aşağıdakı komandalar yarışacaqlar.

“Barselona” (İspaniya)

“Bavariya” (Almaniya)

“Yuventus” (İtaliya)

“Liverpul” (İngiltərə)

“Mançester Siti” (İngiltərə)

“Real” (İspaniya)

“Roma” (İtaliya)

“Sevilya” (İspaniya)

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 3-4 aprel, cavab matçları ilə 10-11 aprel tarixlərində keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm