Avropa Liqasının püşkü atıldı - YENİLƏNDİ
Bizi izləyin

İdman

Avropa Liqasının püşkü atıldı - YENİLƏNDİ

Avropa Liqasının ¼ mərhələsində mübarizə aparacaq cütlüklər bəlli olub.

“Leyptsiq” (Almaniya) - “Marsel” (Fransa)

“Arsenal” (İngiltərə) – ÇSKA (Rusiya)

“Atletiko” (İspaniya) - “Sportinq” (Portuqaliya)

“Latsio” (İtaliya) - “Zalsburq” (Avstriya)

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 5, cavab matçları ilə 12 aprel tarixlərində keçiriləcək.

***

Bir neçə dəqiqə sonra Avropa Liqasının 1/4 final mərhələsində yarışacaq cütlüklərin adları bəlli olacaq.

Publika.az xəbər verir ki, mərasimdə püşkü Avropa Liqasının final matçının səfiri Erik Abidal çəkəcək.

***

Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Publika.az xəbər verir ki, püşk nəticəsində 8 komanda 4 cütə bölünəcək. Bu komandalar aşağıdakılardır:

"Latsio” (İtaliya)

"Atletiko” (İspaniya)

"Sportinq” (Portuqaliya)

"Marsel” (Fransa)

Leyptsiq” (Almaniya)

"Arsenal” (İngiltərə)

"Zalsburq” (Avstriya)

MOİK (Rusiya)

Püşkatma zamanı komandaların səpələnmiş və ya səpələnməmiş səbətinə bölünməsi və ya eyni ölkə komandalarının bir-biri ilə düşməməsi halları olmayacaq. Yəni cütlərin tərkibi kor püşk nəticəsində müəyyənləşəcək. İlk oyunlar aprel 5-i, cavab qarşılaşmaları isə aprelin 12-si olacaq. İlk qarşılaşmalar adları birinci göstərilən komandaların meydanlarında keçiriləcək.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm