Rəsul Çunayev Bolqarıstana gedir
Bizi izləyin

İdman

Rəsul Çunayev Bolqarıstana gedir

Martın 22-də Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə 56-cı “Dan Kolov - Nikola Petrov” beynəlxalq turniri başlanacaq.

Publika.az xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edəcək yığmanın heyəti artıq bəllidir.

Belə ki, Yunan-Roma güləşi üzrə yığma komandanın məşqçisi Nurəddin Rəcəbovun rəhbərliyi altında turnirə Elman Muxtarov (67 kq) və Rəsul Çunayev (72 kq) yollanacaq.

Qadın güləşçilərin mübarizəsində isə olimpiya mükafatçısı Mariya Stadnik (50 kq) və Elis Manolova (68 kq) döşəyə çıxacaq.

Turnir martın 25-dək davam edəcək. Görüşlərin idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm