Türklərin Asiya fəthi – VİDEO + FOTOLAR
Bizi izləyin

İdman

Türklərin Asiya fəthi – VİDEO + FOTOLAR

Türklərin Asiya fəthi – VİDEO + FOTOLAR

Artıq planetin futbol azarkeşləri mundial həyacanı ilə yaşayır.

Mundialın başlamasına cəmisi 6 gün qalıb. Dünya çempionatı bir ölkədə keçirilən bir aylıq futbol yarışması deyil. Mundial bütün dünyada yaşından, peşəsindən aslı olmayaraq hər kəsi ağuşuna alan bir bayramdı. Hər dəfə dünya çempionatları ərəfəsində mundialların tarixi bir daha vərəqlənir. 1930-cu ildən start götürən dünya çempionatalrı ilə bağlı mühüm məqamlar xatırlanır. Planetin bütün futbol azarkeşlərinin diqqətinin mundiala yönələcəyini nəzərə alan Publika.az saytı “Mundial səyahəti” layihəsi çərçivəsində oxuculara dünya çempionatlarının tarixi ilə bağlı yazılar təqdim edir. Növbəti yazı 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilmiş dünya çempionatına həsr olunub.

Son çempion “basdırıldı”

İlk dəfə dünya çempionatı Asiyada, özü də iki ölkədə keçirildi. Bu haqda qərar hələ 1998-ci ildə, Parisdəki konqresdə Yozef Blatterin FİFA prezidenti seçilməsindən əvvəl qəbul edilmişdi. Çoxları onun sələfi olan Avelanjı buna görə ittiham edirdi. Axı bu ölkələrdən heç biri futbol dünyasında ciddi nüfuza malik deyildi. Üstəlik, ötən əsrin ortalarından bu yana onlar arasındakı siyasi münasibətlər ağır idi, mundialdan əvvəlki dövrdə isə daha da ağırlaşmışdı.

Turnirin keçirilmə vaxtı və müddəti də çətinlik törədirdi. Həmin regionda yağışlar mövsümünün gəlişi üzündən yarışı ya yaz, ya da payıza çəkmək variantı üzərində düşünülürdü. Təbii ki, bu durum heç bir Avropa assosiasiyasını qane etmirdi. Çünki FİFA-nın verəcəyi “iqlim qərarı” üzündən az qala bütün qitədə daxili birinciliklərin təqvimlərində ciddi dəyişikliklər edilməli olacaqdı. Yalnız bir şeyə - yaponlar və koreyalıların onlara tapşırılan işə məsuliyyətinə şübhə yox idi. Çempionatın heç bir problemsiz, əla təşkilatçılıq və rəngarənglilik içində keçməsinə səbəb də məhz bu oldu. Planetin ən güclü futbol komandası adını 5-ci dəfə Braziliya qazandı. Onun iki əsas rəqibi - Fransa və Argentina isə turniri fiasko ilə başa vurdu. Son çempionların “basdırılması” danimarkalılarla matça təsadüf etdi. Zidan böyük fasilədən sonra meydanda göründü və zədəsinə rəğmən, komandanı hücuma apardı. Ancaq startdakı uğursuzluq yoldaşlarında özünəinamı yox etmişdi. Nəticə isə biabırçı idi: indiyə qədər heç bir çempion, bir qol belə vurmadan evə qayıtmamışdı. Fransızların ilk oyunda Seneqala yenilgisi isə hələ də yaddaşlardadı.

“Killer” İtaliyanı “öldürdü”

İlkin mərhələnin son turu daha bir neçə iddialı kollektivə üzüntü gətirdi: Portuqaliya, Xorvatiya, Rusiya... İtalyan və ispanların problemləri isə pley-offda başladı. Bu çətinlikləri isə onlara Qus Hiddinkin Koreyası yaşatdı. Daha doğrusu, onların tərəfində olan və biabırçı qərarlar verən hakimlər. Ekvadorlu Moreno Trapattoni, misirli Qandur isə Kamaçonun yetirmələrini turnirdən kənarda qoydular. Apenninlilər Morenonu “killer” adlandırdılar, prokurorluq ona qarşı iş açıb 25 milyon avro cərimə ödəməsi qərarı verdi. İspaniya Futbol Federasiyasının prezidenti Vilyar Blatteri meydan sahibləriylə əlbir olmaqda ittiham etdi və həmyerlilərini Koreya istehsalı olan malları almaqdan imtinaya çağırdı.

O, Braziliyanın ürəyi idi

Koreyalıların öhdəsindən almanlar gəldi. Ancaq bundestimin lideri Ballak sarı vərəqə alaraq finaldan kənarda qaldı. Hər halda, Braziliyanın qələbəsini yalnız buna bağlamaq düz olmazdı. Skolarinin komandası daha çevik və müasir idi, daha keyfiyyətli ifaçılar toplusuna malik idi. Ki, bu toplunun texniki bacarığı, güclər hər mənada bərabər olanda qələbə qazanmaq imkanı verirdi.

Rudi Föllerin yetirmələrini isə uzun müddət qapıçıları Oliver Kan xilas edirdi. Ancaq məhz onun səhvindən - Rivaldonun zərbəsini tuta bilməyib geri qaytardığı, Ronaldonun bir an içində çatıb topu tora qovuşdurmasından - sonra hesab açılmışdı. “Poluboks”lu “Yekədiş”in növbəti qolu isə qarşılaşmanın məntiqi sonluğu oldu.

Ronaldo üçün son illər uğursuz keçirdi. Ancaq həmin mundialda o, yenidən Braziliyanın ürəyi idi. O, turnirin həm bombardiri, həm də ən yaxşı oyunçusu oldu. Üstəlik, 12 qolla dünya çempionatlarında ən çox qol vuran Peleylə qol sayını bərabərləşdirdi.

Ürəkləri fəth edən Türkiyə

Təbii ki, bu mundial haqda danışarkən Türkiyənin çıxışını xatırlamamaq düz olmazdı. Şenol Günəşin yetirmələrinin nümayiş etdirdiyi məzmunlu futbol və əzmkarlıq dünyanın bütün nöqtələrindəki futbolsevərləri, xüsusilə də türkiyəlilərin və azərbaycanlıların qəlbini fəth etdi. Bakının küçələrində minlərlə insanın Türkiyənin qələbələrini böyük sevinclə qeyd etməsi hələ də isti xatirələr kimi yaddadı. İlhan Mansızın məşhur keçidi və qolu, Hakan Şükürün 9-cu saniyədə mundiallar tarixinin ən erkən qolunu vurması, qazanılan dünya üçüncülüyü böyük nailiyyətlər idi.

DÇ-2002

Cənubi Koreya/Yaponiya

Final mərhələsi: 31 may - 30 iyun

32 komanda 8 qrupda mübarizə apardıqdan sonra 16 ən yaxşı komanda 1/8 finala yüksələrək mübarizəni kubok sistemiylə davam etdiriblər.

64 oyun, 2705134 tamaşaçı (orta hesabla hər oyunda 42268)

161 qol (orta hesabla hər oyunda 2,52)

Ən yaxşı futbolçu: Oliver Kan (Almaniya)

Bombardir: Ronaldo (Braziliya) - 8.

Qrup A

1.Danimarka 3 2 1 0 5-2 7

2.Seneqal 3 1 2 0 5-4 5

3.Uruqvay 3 0 2 1 4-5 2

4.Fransa 3 0 1 2 0-3 1

Qrup B

1.İspaniya 3 3 0 0 9-4 9

2.Paraqvay 3 1 1 1 6-6 4

3.CAR 3 1 1 1 5-5 4

4.Sloveniya 3 0 0 3 2-7 0

Qrup C

1.Braziliya 3 3 0 0 11-3 9

2.Türkiyə 3 1 1 1 5-3 4

3.Kosta-Rika 3 1 1 1 5-6 4

4.Çin 3 0 0 3 0-9 0

Qrup D

1.C.Koreya 3 2 1 0 4-1 7

2.ABŞ 3 1 1 1 5-6 4

3.Portuqaliya 3 1 0 2 6-4 3

4.Polşa 3 1 0 2 3-7 3

Qrup E

1.Almaniya 3 2 1 0 11-1 7

2.İrlandiya 3 1 2 0 5-2 5

3.Kamerun 3 1 1 1 2-3 4

4.S.Ərəbistanı 3 0 0 3 0-12 0

Qrup F

1.İsveç 3 1 2 0 4-3 5

2.İngiltərə 3 1 2 0 2-1 5

3.Argentina 3 1 1 1 2-2 4

4.Nigeriya 3 0 1 2 1-3 1

Qrup G

1.Meksika 3 2 1 0 4-2 7

2.İtaliya 3 1 1 1 4-3 4

3.Xorvatiya 3 1 0 2 2-3 3

4.Ekvador 3 1 0 2 2-4 3

Qrup H

1.Yaponiya 3 2 1 0 5-2 7

2.Belçika 3 1 2 0 6-5 5

3.Rusiya 3 1 0 2 4-4 3

4.Tunis 3 0 1 2 1-5 1

1/8 final

Almaniya – Paraqvay – 1:0

İspaniya – İrlandiya – 1:1 (3:2 pen.)

Meksika – ABŞ – 0:2

C.Koreya – İtaliya – 2:1 (ə.v.)

Danimarka – İngiltərə - 0:3

İsveç – Seneqal – 1:2 (ə.v.)

Braziliya – Belçika – 2:0

Yaponiya – Türkiyə - 0:1

1/4 final

Almaniya – ABŞ – 1:0

İspaniya – C.Koreya – 0:0 (3:5 pen.)

İngiltərə - Braziliya – 1:2

Seneqal – Türkiyə - 0:1 (ə.v.)

1/2 final

Almaniya – C.Koreya – 1:0

Braziliya – Türkiyə - 1:0

3-cü yer

C.Koreya – Türkiyə - 2:3

Final

Braziliya – Almaniya – 2:0

Bütün oyunlar

1. Fransa - Seneqal 0:1

2. İrlandiya - Kamerun 1:1

3. Uruqvay - Danimarka 1:2

4. Almaniya - Səudiyyə Ərəbistanı 8:0

5. Argentina - Nigeriya 1:0

6. Paraqvay - CAR 2:2

7. İngiltərə - İsveç 1:1

8. İspaniya - Sloveniya 3:1

9. Xorvatiya - Meksika 0:1

10. Braziliya - Türkiyə 2:1

11. İtaliya - Ekvador 2:0

12. Çin - Kosta-Rika 0:2

13. Yaponiya - Belçika 2:2

14. Cənubi Koreya - Polşa 2:0

15. Rusiya - Tunis 2:0

16. ABŞ - Portuqaliya 3:2

17. Almaniya - İrlandiya 1:1

18. Danimarka - Seneqal 1:1

19. Kamerun - Səudiyyə Ərəbistanı 1:0

20. Fransa - Uruqvay 0:0

21. İsveç - Nigeriya 2:1

22. İspaniya - Paraqvay 3:1

23. Argentina - İngiltərə 0:1

24. CAR - Sloveniya 1:0

25. İtaliya - Xorvatiya 1:2

26. Braziliya - Çin 4:0

27. Meksika - Ekvador 2:1

28. Kosta-Rika - Türkiyə 1:1

29. Yaponiya - Rusiya 1:0

30. Cənubi Koreya - ABŞ 1:1

31. Tunis - Belçika 1:1

32. Portuqaliya - Polşa 4:0

33. Seneqal - Uruqvay 3:3

34. Danimarka - Fransa 2:0

35. Səudiyyə Ərəbistanı - İrlandiya 0:3

36. Kamerun - Almaniya 0:2

37. İsveç - Argentina 1:1

38. Nigeriya - İngiltərə 0:0

39. CAR - İspaniya 2:3

40. Sloveniya - Paraqvay 1:3

41. Türkiyə - Çin 3:0

42. Kosta-Rika - Braziliya 2:5

43. Ekvador - Xorvatiya 1:0

44. Meksika - İtaliya 1:1

45. Tunis - Yaponiya 0:2

46. Belçika - Rusiya 3:2

47. Portuqaliya - Cənubi Koreya 0:1

48. Polşa - ABŞ 3:1

49. Almaniya - Paraqvay 1:0

50. Danimarka - İngiltərə 0:3

51. İsveç - Seneqal 1:2, ə.v.

52. İspaniya - İrlandiya 2:1, ə.v.

53. Meksika - ABŞ 0:2

54. Braziliya - Belçika 2:0

55. Yaponiya - Türkiyə 0:1

56. Cənubi Koreya - İtaliya 2:1, ə.v.

57. İngiltərə - Braziliya 1:2

58. Almaniya - ABŞ 1:0

59. İspaniya - Cənubi Koreya 0:1, ə.v.

60. Seneqal - Türkiyə 0:1, ə.v.

61. Almaniya - Cənubi Koreya 1:0

62. Braziliya - Türkiyə 1:0

63. Cənubi Koreya - Türkiyə 2:3

64. Almaniya - Braziliya 0:2

Oxumağa davam et
Reklam
Reklam

Gündəm