“Başakşəhər” - “Beşiktaş” oyununda uşaqlar hər kəsi DUYĞULANDIRDI - - FOTOLAR
Bizi izləyin

İdman

“Başakşəhər” - “Beşiktaş” oyununda uşaqlar hər kəsi DUYĞULANDIRDI - - FOTOLAR

Türkiyə Superliqasında çempionluğu yaxından maraqlandıran oyun baş tutub.

Publika.az xəbər verir ki, “Başakşəhər” doğma meydanda çempion “Beşiktaş”ı məğlub edib. Oyunun taleyini bir qol həll edib. Qələbə topunu 28-ci dəqiqədə Elia vurub. İkinci hissədə meydan sahibləri meydanda azlıqda qalıb. Ancaq qonaqlar bu say üstünlüyündən yararlana bilməyib.

Qarşılaşmada yadda qalan məqamlardan biri oyunun açılış mərasimi olub. Futbolçularla birlikdə meydana çıxan uşaqlar 18 Mart şəhidlərinin anım günü və Çanaqqala zəfərinin 103-cü ildönümü münasibətilə o dönəmdə türk əsgərinin geydiyi paltarları geyiniblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm