Aykut Kocaman "Fənərbaxça"dan gedir
Bizi izləyin

İdman

Aykut Kocaman "Fənərbaxça"dan gedir

“Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman haqqında yeni iddia yayılıb.

Publika.az xəbər verir ki, onun komandadakı vəzifəsindən ayrılacağı gözlənilir.

“Qalatasaray”la keçirilən derbidə 2 xal itirən komandanın çempionluq arzusundan bir az da uzaqlaşıb. Bu oyun bütün diqqətləri komandanın baş məşqçisinə çəkib.

“Fənərbaxça”da iyun ayında klub prezidenti seçkiləri keçiriləcəyi üçün A.Kocamanın da mövsüm sonuna qədər komandada qalacağı bildirilir. Lakin seçkilərdə Ali Koç qalib gələrsə, baş məşqçisinin “Fənər”də qalmaq ehtimalı sıfıra enəcək. Hazırkı prezident Aziz Yıldırım qalsa belə, A.Kocaman böyük ehtimalla vəzifəsindən göndəriləcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm