• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İdmançılarımızın olimpiadadakı rəqibləri bəlli oldu

  • İdman
  • 6 İyun 2014 12:42
  • 493 Baxış
İdmançılarımızın olimpiadadakı rəqibləri bəlli oldu

Çin Xalq Respublikasının Nanjinq şəhərində keçiriləcək yeniyetmələrin II Olimpiya oyunlarında çıxış edəcək boksçuların siyahısı açıqlanıb.

Publika.az xəbər verir ki, təsnifat mərhələsində mübarizə aparan 500 idmançıdan yalnız 78-i Olimpiadaya vəsiqə qazanıb. Onlardan 60-ı oğlanların, 18-i isə qızların yarışında gücünü sınayacaq.

Artıq boksçularımızın Çindəki rəqibləri də məlumdur. 49 kq çəki dərəcəsində yarışacaq dünya birinciliyinin bürünc mükafatçısı Rüfət Hüseynovun mümkün rəqibləri qazaxıstanlı Şalkar Aikhinbay, özbəkistanlı Süleymon Latipov, hindistanlı Şyam Kakara, yaponiyalı Subaru Murata və türkiyəli Mert Karaklıç olacaq. Dünya birinciliyinin bürünc mükafatçısı Məsud Yusifzadəni də (52 kq) güclü rəqiblər gözləyir. Boksçumuzla bir çəki dərəcəsində ABŞ-dan Şakur Stevenson, Böyük Britaniyadan Məhəmməd Əli, Çindən Lv Pinq, Bolqarıstandan Daniel Asenov və Hindistandan Qaurav Solanki mübarizə aparacaq. Məhəmmədəli Tahirova (91+kq) gəlincə, həmyerlimiz amerikalı Rok Daramni, almaniyalı Peter Kadiru, macarıstanlı Lazlo Komor, rusiyalı Marat Kerimxanov və argentinalı Kevin Espindola ilə qarşılaşa bilər.

Qeyd edək ki, Nanjinqdə boks yarışları avqustun 23-dən 27-ə kimi keçiriləcək.

Aygün

Xəbər lenti

DAHA ÇOX XƏBƏR