Messi şəxsi həyatından danışdı
Bizi izləyin

İdman

Messi şəxsi həyatından danışdı

“Barselona”nın ulduzu Lionel Messi Argentina mətbuatına müsahibə verib.

Publika.az xəbər verir ki, Messi şəxsi həyatı və gəncliyi ilə bağlı məqamlara toxunub.

Argentinalı ulduz bildirib ki, onun futbola gəlməyində atasının böyük rolu var:

"Qardaşlarım məndən böyük idi və Argentinada öz işləri var idi. Mən atam və anamla Barselonaya uşaq vaxtı gələndə onlar da bizimlə gəldilər, amma qayıtmaq istədilər. Daha sonra anam və bacım da qayıtdılar. Bacım məndən kiçik idi. Anam bacımla getdikdən sonra atamla Barselonada qaldıq. Biz atamla qərar verməliydik. O, məndən soruşdu: "Nə edək? Qərar sənindi". Bir an belə şübhə etmədən dedim: "Burada qalmaq istəyirəm". O, mənə inandı və hər şeyin mümkün olacağını gördü".

Messi bütün fikrininn mundialda olduğunu deyib:

"Dünya Kubokuna az qalıb, bütün diqqətim oradadır. Amma “Barselona”da da çox vacib hədəflərim və işlərim var.

Hər şeydən uzaq olmaq və hər şeyi unutmaq üçün ailə, xanımın və uşaqlarınla olmaq gərəkdir. Digər şeylər ikinci dərəcəlidir. İlk oğlumun dünyaya gəlməsi yalnız futbolu düşünməyimə imkan vermədi. Mən məğlubiyyətləri və heç-heçələri sevmirəm, lakin artıq bunlara fərqli baxıram. Hər hansı bir nəticədən də önəmli şeylər var. Bəzən həmişə qalib gələ bilmərsən, sürprizlər çox olur. Məhz bu anlarda digər dəyərlər sənin köməyinə çatır.

Gözlərin daima üzərimdə olduğunu bilirəm və bunu təbii qəbul edirəm. Buna öyrəşmişəm və kiminsə səni izlədiyi üçün nə edəcəyini daima fikirləşə bilməzsən. Təbii olmaq lazımdır”.

Messi qeyd edib ki, həyatında nə baş verirsə, ailəsi və qardaşları ilə müzakirə edir:

“Onlar daima mənim yanımda olan biriləridir və məhz onlara hər şeyi danışıram.

Bilirəm ki, mən danışan zaman diqqətlər üzərimdə olur və hətta sözlərimi fərqli çatdırırlar və interpretasiya edirlər. Məhz buna görə də çalışıram ki, bu kimi söhbətlərdən keçim və anlaşılmaz bir anlar yaşanmasın.

Dünya Kubokunda final oynamaq və kuboku qazanmaq və onu qaldırmaq xəyalımdır. Bu arzum daima olub. Getdikcə turnir daha da çətinləşir. 2014 finalı ağrısı çox oldu. Bu kuboka çox yaxın idik. Bunu bilmək və qazanmamaq çox ağırdır. Məhz bunu indi istəyirik. Biz bir ailəyik və kuboku qazanmağı hədəfləmişik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm