Şəhriyar Aronyanla heç-heçə etdi
Bizi izləyin

İdman

Şəhriyar Aronyanla heç-heçə etdi

Almaniyanın paytaxtı Berlində keçirilən şahmat üzrə İddiaçılar turnirində IX turun görüşləri olub.

Publika.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşıb. Tərəflər 41-ci gedişdə heç-heçəyə razılaşıblar.

Bununla da, Məmmədyarov turnirdə 7-ci heç-heçəsini əldə edib. Onun aktivində 2 qələbə də var. Aronyan isə görüşlərindən 1 qələbə, 3 məğlubiyyət və 5 heç-heçə ilə ayrılıb. İki şahmatçı arasında ilk dövrədəki görüşdə də qalib müəyyənləşməyib - 0,5:0,5.

İddiaçılar turnirinin ümumi mükafat fondu 420 min avrodur. Qalib şahmatçı norveçli Maqnus Karlsenlə dünya çempionu titulu uğrunda görüşə çıxacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm