“Fiorentina” yarımfinalda
Bizi izləyin

İdman

“Fiorentina” yarımfinalda

“Fiorentina” yarımfinalda

Futbol üzrə İtaliya Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.

Publika.az xəbər verir ki, ötən gecə daha bir görüş baş tutub. Xatırladaq ki, ilk oyun günündə "Roma" doğma meydanda "Yuventus"la qarşılaşmadan qalib ayrılaraq ilk yarımfinalçı olmuşdu. Növbəti qarşılaşmada isə "Milan" doğma meydanda "Udineze"yə məğlub olmuşdu.

Bu dəfə isə "Fiorentina" evdə "Syena" ilə üz-üzə gəlib. Meydan sahibləri qalib gələrək növbəti mərhələyə adlayıblar.

Beləliklə, "Fiorentina" yarımfinalda "Udineze" ilə qarşılaşmaq hüququ qazanıb. "Roma"nın rəqibi isə ayın 29-da keçiriləcək "Napoli" - "Latsio" oyunundan sonra müəyyənləşəcək.

İtaliya Kuboku

1/4 final

21 yanvar

Roma - Yuventus - 1:0

22 yanvar

Milan - Udineze - 1:2

23 yanvar

Fiorentina - Syena - 2:1

29 yanvar

Napoli – Latsio

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm