Futbolçular seks üçün varlı kişilərə satılır - ŞOK OLAY
Bizi izləyin

İdman

Futbolçular seks üçün varlı kişilərə satılır - ŞOK OLAY

Argentinanın "İndependyente” klubunda bütün dünyanı şoka salan pedofil skandalı yaşanmaqdadı.

Ölkənin ən köklü klublarından biri sayılan bu komandada gənc futbolçuların bəzi hakimlərə və zəngin insanlara pul qarşılığında satıldığına dair şok məlumatlar üzə çıxıb. Bu xəbər qısa bir zamanda ölkəni bir-birinə vurub.

Söhbət 14 və 16 yaş aralığında olan uşaqlardan gedir. Onlar pul qarşılığında zəngin insanlarla sekslə məşğul olmağa məcbur ediliblər. Qalmaqalın üstü həmin zorakılığa məruz qalan uşaqlardan birinin baş verənləri psixoloqa danışması ilə açılıb.

Məlum olub ki, son dörd ayda təxminən 20 futbolçu oxşar cinayətin qurbanı olub. Əsasən yaşlı və varlı şəxslərlə birgə olmağa məcbur edilən gənc futbolçuların seks qarşılığında 35 funt aldığı bildirilir.

Artıq insidentlə bağlı araşdırmalara başlanılıb. Artıq gənclərdən ibarət komandalar üzrə koordinator Fernando Beron saxlanılıb.

Argentina klubu məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb. Məsələ ilə bağlı araşdırma aparan dövlət rəsmiləri digər klublarda da oxşar halın yaşanıb-yaşanmadığını öyrənməyə çalışırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm