Rövnəq Abdullayev məğlubiyyətdən danışdı: “Rəsmi oyun deyildi, amma…”
Bizi izləyin

İdman

Rövnəq Abdullayev məğlubiyyətdən danışdı: “Rəsmi oyun deyildi, amma…”

"Normal oyun oldu. Baş məşqçi Qurban Qurbanov komandanı sınaqdan çıxardı. Heyətdəkilərin bir çoxu yeni oyunçular idi".

Publika.az xəbər verir ki, bunu "Report"a açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan və Belarus yığmaları arasındakı yoldaşlıq görüşünü dəyərləndirərkən deyib.

R.Abdullayev yığmanın 0:1 hesablı məğlubiyyətindən razı qalmadığını bildirib: "Düzdür, bu, rəsmi oyun deyildi. Amma uduzmaqdan kim razı qalar?"

AFFA prezidenti Millətlər Liqasının final mərhələsində Ermənistanla qarşılaşma ehtimallarına isə belə reaksiya verib:

"Bu barədə danışmaq hələ tezdir. Finala çıxaq, sonra danışarıq. Arxı keçməmiş hop deməzlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm