AFFA azarkeşlərdən üzr istədi
Bizi izləyin

İdman

AFFA azarkeşlərdən üzr istədi

AFFA Azərbaycan və Belarus yığmaları arasında keçirilmiş yoxlama oyunu ilə əlaqədar azarkeşlərdən üzr istəyib.

Publika.az AFFA-nın Feysbuk səhifəsinə istinadən xəbər verir ki, görüş zamanı texniki qüsura yol verilib.

Stadionun tablosunda AFFA tərəfindən yeni şriftlərdən istifadə olunduğu üçün daxil olunmuş sözlərdə bəzi hərflər oxunmayıb və texniki qüsurlara yol verilib. AFFA bununla bağlı azarkeşlərən üzr istəyib.

Xatırladaq ki, millimiz bu qarşılaşmada Belarusa 0:1 hesabı ilə məğlub olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm