“Pul Liqası”nın pulluları
Bizi izləyin

İdman

“Pul Liqası”nın pulluları

“Pul Liqası”nın pulluları

Futbol klublarının maliyyə qaynaqları ilə bağlı hesabatlar aparan "Deloitte" "Futbol Pul Liqası, 2012/13 mövsümü" üçün hesabatını açıqlayıb.

Publika.az xəbər verir ki, 17-ci dəfə hazırlanan hesabatda dünyanın ən çox gəlir əldə edən 20 klubunun qazancı 8 faiz artaraq 5.4 milyard avro olub.

İspaniyada davam edən maliyyə böhranına və ötən mövsüm heç bir kubok qazanmamasına rəğmən "Real" 518.9 milyon avroluq gəlirlə ardıcıl 9-cu dəfə “Pul Liqası”nın birincisi olub. "Kral Klubu"nu ən böyük rəqibi "Barselona" izləyir - 482.6 milyon avro.

Ötən mövsüm bütün kubokları qazanan "Bavariya" 431.2 milyon gəlirlə üçüncü yeri "Mançester Yunayted"dən təhvil alıb. Yeri gəlmişkən, "Mançester Yunayted" ilk dəfə ilk "üçlük"dən kənarda qalıb.

Ən diqqət çəkən məqam siyahıya iki Türkiyə klubunun düşməsi olub. Belə ki, "Qalatasaray" 16-cı (157.0 milyon avro), "Fənərbaxça" 18-ci olub (126.4 milyon avro). "Deloitte Sports Business Group"un mütəxəssisi bu vəziyyəti belə izah edib: "Avropanın ən önəmli 5 çempionatının “Pul Liqası”nda dominantlıq etdiyi vaxtda "Qalatsaray" və "Fənərbaxça"nın varlığı, həmçinin Braziliya "Korintians"ının 30 klub arasına düşməsi inkişaf etməkdə olan bazarlarda idman sektorunun böyüməsi deməkdi.

Bu ölkələrin iqtisadiyyatının inkişaf etməsi, çılğın azarkeşlərin varlığı və futbola sərmayə axınının sürətlənməsi klubların gəlirlərini artırır. "Qalatasaray"ın 2011-ci ildə açılan stadionu "Türk Telekom Arena" Avropanın ən yaxşı stadionları sırasına düşdü və klubun gəlirlərinin artmasına səbəb oldu".

1. Real - 518.9 milyon avro

2. Barselona - 482.6 milyon avro

3. Bavariya - 431.2 milyon avro

4. Mançester Yunayted - 423.8 milyon avro

5. PSJ - 398.8 milyon avro

6. Mançster Siti - 316.2 milyon avro

7. Çelsi - 303.4 milyon avro

8. Arsenal - 284.3 milyon avro

9. Yuventus - 272.4 milyon avro

10. Milan - 263.5 milyon avro

11. Borussiya D - 256.2 milyon avro

12. Liverpul - 240.6 milyon avro

13. Şalke 04 - 198.2 milyon avro

14. Totthenhem - 172.0 milyon avro

15. İner - 168.8 milyon avro

16. Qalatasaray - 157.0 milyon avro

17. Hamburq - 135.4 milyon avro

18. Fənərbaxça - 126.4 milyon avro

19. Roma - 124.4 milyon avro

20. Atletiko - 120.0 milyon avro

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm