Beynəlxalq Gənclər Təşkilatları Azərbaycanda toplanacaq
Bizi izləyin

İdman

Beynəlxalq Gənclər Təşkilatları Azərbaycanda toplanacaq

Beynəlxalq Gənclər Təşkilatları Azərbaycanda toplanacaq

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Baş Ofisləri Qərbi Avropada yerləşən Beynəlxalq Gənclər Təşkilatlarının və Şərqi Avropa və Qara Dəniz bölgələrinin gənclər platformalarının Azərbaycana səfərini təşkil edir.

Publika.Az-ın verdiyi xəbərə görə, layihə Prezident yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin və Avropa Gənclər Forumunun dəstəyi ilə keçirilir.

Səfər çərçivəsində qonaqlar ARGTMŞ-nin üzv təşkilatları ilə görüşəcək.

Görüşün məqsədi Avropa Gənclər Forumuna üzv olan beynəlxalq gənclər təşkilatları və Azərbaycanın gənclər təşkilatları arasında əlaqələri genişləndirmək, üzv təşkilatların beynəlxalq gənclər təşkilatları vasitəsi ilə beynəlxalq arenada Azərbaycanı təmsil etməsini təmin etməkdir.

Qeyd edək ki, qonaqların eyni zamanda Prezidenti yanında Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmiləri ilə görüşlərinin keçirilməsi planlaşdırılır. Layihə çərçivəsində qonaqlar 2016-cı il Avropa Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərinə də səfər edəcəklər.

Qeyd edək ki, bu səfər son altı ay ərzində ARGTMŞ tərəfindən Avropa Gənclər Forumuna üzv olan gənclər təkilatlarının ölkəmizə olan ikinci rəsmi səfəridir. İlk səfər 2013-cü ilin avqust ayında keçirilib.

İlk səfərin nəticəsi olaraq, bir neçə beynəlxalq təşkilatın ölkəmizdə nümayəndəliyinin yaradılması ilə bağlı mühüm işlər görülüb, hal-hazırda danışıqlar yekunlaşır.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm