Fariz Məmmədov Avropa çempionu oldu - FOTO
Bizi izləyin

İdman

Fariz Məmmədov Avropa çempionu oldu - FOTO

Bu gecə Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov Avropa çempionluğu uğrunda revanş döyüşündən qalib ayrılıb.

Bu gecə Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov Avropa çempionluğu uğrunda revanş döyüşündən qalib ayrılıb.

Həmyerlimiz "WBCA" və "WBO" versiyaları üzrə Avropa kəmərinə sahib olmaq üçün alman təmsilçi Mattias Pelklə döyüşüb.

Məmmədov dördüncü raundunda rəqibini texniki nokauta salaraq "WBO" və "WBCA" versiyaları üzrə Avropa kəmərinə sahib çıxıb.

Xatırladaq ki, Fariz Məmmədovla Mattias Pelk ötən ilin dekabr ayında Qəbələdə üz-üzə gəlmişdi. Təmsilçimiz ağır zədə səbəbindən yarışı yarımçıq dayandırmış və texniki məğlubiyyət almışdı. Buna Farizin hələ döyüşdən əvvəl bir qabırğasının sınması səbəb olmuşdu. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm