“Roma” rəhbərliyindən türk oyunçuya BÖYÜK ŞƏRƏF: Çempionlar Liqasında ümidimiz onadır
Bizi izləyin

İdman

“Roma” rəhbərliyindən türk oyunçuya BÖYÜK ŞƏRƏF: Çempionlar Liqasında ümidimiz onadır

İtaliya A seriyası komandalarından olan “Roma” Çempionlar Liqasının yarımfinalında İngiltərənin “Liverpul” komandası ilə qarşılaşacaq.

Publika.az xəbər verir ki, komandanın idman direktoru Monçi yarımfinalda gücünə güvəndikləri futbolçuların adını açıqlayıb. O bildirib ki, türkiyəli futbolçu Cengiz Ünder onların “Liverpul”a qarşı əsas silahlarından olacaq:

“Komandanın ən yaxşı dövrlərini keçirdiyini düşünürük. “Liverpul”la qarşılaşma çətin olacaq. Çünki “Mançester Siti” kimi komandanı məğlub edən komandaya qarşı oynayacağıq. Ancaq Cengiz Ünder kimi oyuçumuz var. Zədəsi sağaldı və “Barselona” ilə matçda oyunu ilə nə qədər önəmli biri olduğunu göstərdi. Bizim üçün bu formada oynamağa davam etməsinə ümid edirik”.

Qeyd edək ki, Türkiyənin 20 yaşlı milli tubolçusu Cengiz Ünder “Roma” forması ilə toplamda 24 matça çıxıb və 6 qol vurub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm