• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Lənkəranlı azarkeş Belçikada kimə hədiyyə verib?

  • İdman
  • 24 Yanvar 2014 11:26
  • 616 Baxış
Lənkəranlı azarkeş Belçikada kimə hədiyyə verib?

“Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi Mirça Rednik hələ də cənublu azarkeşlər tərəfindən xatırlanır.

Rednikin gedişindən sonra “ağ-yaşılların” uğursuzluq zolağından çıxa bilməməsi Rednikin daim gündəmdə qalmasını təmin edir.

Lənkəranlı azarkeşlər isə hər fürsətdə Rednikə qarşı sevgilərini biruzə verirlər. “Xəzər Lənkəran”ın çılğına azarkeşlərindən biri rumın mütəxəssisə heyranlığını bildirmək üçün Belçikaya gedib.

Publika.az xəbər verir ki, Mirça Rednik “Futbol+” qəzetinə verdiyi müsahibədə azarkeşlə Belçikada görüşməsindən danışıb:

“Bir neçə ay əvvəl “Anderlext”lə oyundan öncə tribunadan “Rednik, Rednik” sözlərini eşidəndə dönüb həmin tərəfə baxdım.

“Xəzər Lənkəran”ın forması əynində, şərfi boynunda olan bir azarkeş idi, məni yanına çağırdı. Açığı çox təəccübləndim və ona tərəf yaxınlaşdım. Tələsik əlindəki stəkanı mənə tərəf uzadıb “sizi heç vaxt unutmarıq” söylədi.

Stəkanın üstünə şəklimi həkk etdirmişdi. Düzü, çox təsirləndim , gözlərimə inana bilmirdim. Sonradan öyrəndim ki, həmin azarkeş Almaniyada yaşayır və “Xəzər Lənkəran”ın sadiq azarkeşidir.

Bundan xəbər tutan jurnalistlər dərhal məsələnin məğzi ilə maraqlandılar, stəkanın şəkilini çəkdilər. Belə sevgini heç nəyə dəyişmək olmaz”.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR